Ordu.az xəbər verir ki, bunu bu gün “Yerablur” hərbi məzarlığında jurnalistlərlə söhbət zamanı Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın “Erməni Milli Konqresi” partiyasının sədr müavini Levon Zurabyan deyib.
O, Ermənistan ordusunun yaradılmasının 34-cü ildönümünü qeyd etmək üçün “Yerablur”u ziyarət edib. Zurabyan ümid etdiyini bildirib ki, Silahlı Qüvvələr gec-tez məğlubiyyətlər silsiləsini dayandıracaq.
Petrosyanın komanda yoldaşı Napoleon Bonapartın ən məşhur ifadələrindən birini də xatırladıb: “Qoyunun rəhbərlik etdiyi şirlər ordusu məğlub olar. Şirin rəhbərlik etdiyi qoyunlar ordusu isə qalib gələ bilər”.
“Mən istərdim ki, bu ordunun yenidən şir rəhbərləri olsun”, - deyə Zurabyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az