Erməni deputat: “Hakimiyyət elə düşünüb ki, yanvarın 28-də birdən-birə “Yerablur”a gəlməyək”

2026/01/gf12h-1769601703.jpg
Oxunub: 321     16:00     28 Yanvar 2026    
“Bu insanlar “Yerablur”un pilləkənləri üzərində ölmüş hərbi qulluqçuların valideynlərini sürüyə-sürüyə aparıblar. Onlar 44 günlük müharibədə ölənlərin hamısının ad və soyadları ilə tam siyahısını dərc etməyiblər”.

Ordu.az xəbər verir ki, bunu bu gün “Yerablur”da jurnalistlərlə söhbət zamanı Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Kristine Vardanyan hakimiyyət nümayəndələrinin bu gün “Yerablur”u ziyarət etməməsinə, əvəzində ötən gün ora getməsinə münasibət bildirərkən deyib.

“Gəlin başa düşək, bu insanlar günə hörmət edə, bayrama hörmət edə bilirlərmi? Bəli, heç kim ona qarşı deyil ki, bizim vahid bir günümüz olsun. Amma bu gün də hansısa məna daşımalı idi və qaçış yolu olmamalı idi ki, məsələn, noyabrın 9-da gəlməsinlər, yanvarın 28-də gəlməsinlər, sentyabrın 27-də gəlməsinlər.

Məntiq ondan ibarət olmalı idi ki, “kimliyimiz uğrunda əbədi mübarizəmizi” ifadə edən bir gün seçilsin. Amma hər şey bu məntiq üzrə getməyib. Hər şey ona doğru gedib ki, elə edək, yanvarın 28-də birdən “Yerablur”a gəlməyək, sentyabrın 27-də gəlməyək, noyabrın 9-da gəlməyək. Sanki bu insanlar üçün ordu, ölmüş hərbi qulluqçular, müharibə haqqında danışmaq qadağandır.

Nə qədər süni nəsə sırımağa çalışsalar da, alınmayacaq. Ona görə də gəlin bu günü kölgələməyək”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vardanyan  


Bizi "telegram"da izləyin