İran yeni müharibə həddində: Ermənistan hakimiyyəti balıq kimi susur

2025/10/1761476356.jpg
Oxunub: 328     15:58     28 Yanvar 2026    
Regionda vəziyyət qaynamaqdadır, lakin Ermənistan hakimiyyətini bu, demək olar ki, maraqlandırmır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “İran yeni müharibə həddində: Ermənistan hakimiyyəti balıq kimi susur” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, xüsusilə son günlər İran ətrafında durum kəskin şəkildə gərginləşib, həm ABŞ-dən, həm də İsraildən mümkün hücumlarla bağlı sərt bəyanatlar səslənir.

“Yanvarın 23-də ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, zərurət yaranarsa, İrana zərbə endirmək üçün böyük donanma Fars körfəzinə doğru hərəkət edir. İrandan isə bildirirlər ki, ABŞ qoşunlarının hərəkətini diqqətlə izləyirlər və ölkənin suverenliyini qorumaq naminə heç nədən çəkinməyəcəklər. Vəziyyətin mürəkkəbliyi ondadır ki, burada Rusiya və Çin də öz maraqlarına malikdir.

Bəzi “Telegram” kanallarının məlumatına görə, son günlər Çindən gələn onlarla super ağır hərbi təyyarə İranın paytaxtına eniş edib. “İnsayder”in məlumatlara əsasən, bu, “təcili hava körpüsü”dür: Çin Vaşinqtonun xəbərdarlıqlarını nəzərə almadan müttəfiqinə son dərəcə mühüm yüklər, radioelektron mübarizə sistemləri və raket komponentləri ötürür ki, İslam Respublikasının müdafiəsi sürətlə gücləndirilsin”, - deyə nəşr bildirib.

Müəllifin sözlərinə görə, bu isə o deməkdir ki, ABŞ/İsrail-İran/Çin qarşıdurması yeni, açıq mərhələyə keçir və təhdidlər real toqquşmaya çevrilə bilər.

“Təbii ki, belə bir vəziyyətdə Ermənistanın durumu son dərəcə çətin olacaq. Ermənistan hakimiyyətinin addımları və reaksiyası isə onların bu ssenariyə hazır olduqlarını qətiyyən göstərmir.

Əksinə, mövcud hakimiyyət daxili siyasi vəziyyətlə məşğul olmağa, müxalifləri təqib etməyə davam edir. Bu istiqamətdə heç bir ciddi addım atılmır, eləcə də İrana zərbə endiriləcəyi təqdirdə minlərlə iranlı erməninin Ermənistanda qəbul edilməsi üçün hər hansı mexanizmlər tətbiq edilmir”, - deyə KİV vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin