Rusiya Ordusu Ukraynanın Donetsk vilayətini atəşə tutub, ölənlər var - FOTOLAR

2025/09/photo-1757848485.jpg
Oxunub: 1282     15:03     14 Sentyabr 2025    
Rusiya işğalçıları Ukraynanın Donetsk vilayətinin məskunlaşdığı əraziləri sutka ərzində 46 dəfə atəşə tutub, nəticədə 4 nəfər həlak olub.

Ordu.az-ın xəbərinə görə, bu barədə Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin teleqram kanalında məlumat verib.

"Sentyabrın 13-də rusiyalılar Donetskin 4 sakinini - Konstantinovkada qətlə yetiriblər. Sutka ərzində bölgədə daha 14 nəfər yaralanıb", - o yazıb.

Yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində bir neçə hündürmərtəbəli yaşayış binası, avtomobillər, inzibati binalar və s. zərər çəkib.

Gün ərzində cəbhə xəttindən 109-u uşaq olmaqla 1001 nəfər təxliyə edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Rusiya   Donetsk  


Bizi "telegram"da izləyin