Ordu.az xəbər verir ki, görüşdə Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründən başlayaraq geniş vüsət alan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bu gün də ölkə başçılarının səyləri ilə davamlı inkişafda olduğu məmnunluqla ifadə edilib, Naxçıvanın Türk dünyası üçün önəmi xüsusi vurğulanıb.
Bölgəyə sülh və rifah gətirəcək Zəngəzur dəhlizinin reallaşması fonunda əlaqələrin daha da genişlənməsi imkanları nəzərdən keçirilib, Naxçıvanda nəqliyyat, logistika və mədənçilik sahələri üzrə birgə investisiya layihələrinə dair perspektivlər müzakirə edilib.
Görüşdə qarşılıqlı xatirə hədiyyələri təqdim edilib, xatirə fotoları çəkdirilib.
Ordu.az