Türkiyə Müdafiə Nazirliyi: HHM şəbəkəsi bütün Türkiyəyə yayılacaq, hipersəs raket və aviadaşıyıcı layihələri davam edir

2025/06/1750936984.jpg
Oxunub: 518     15:17     26 İyun 2025    
Türkiyə Milli Müdafiə Nazirliyi ölkənin müdafiə qabiliyyətini artırmağa yönəlik layihələrlə bağlı əhəmiyyətli açıqlamalar verib.

Ordu.az xəbər verir ki, nazirlik mənbələri, xüsusilə hava müdafiəsi sahəsində əhatəli modernizasiya prosesinin həyata keçirildiyini bildirərək, “Polad Günbəz” adlandırılan sistemlə birlikdə bütün ölkəyə yayılan çoxtəbəqəli hava hücumundan müdafiə şəbəkəsinin qurulmasının hədəfləndiyini vurğulayıblar.

“Əvvəlcə hava müdafiə sistemimizə (“Polad Günbəz”) investisiya edərək çoxqatlı hava müdafiə sistemini ölkəmizin hər yerinə yaymağı planlaşdırırıq”, - deyə açıqlamada qeyd olunub. Bu sistemin mümkün təhdidlərə qarşı erkən xəbərdarlıq və çoxtəbəqəli müdaxilə imkanı yaradacağı bildirilib.

Açıqlamada yalnız havadan müdafiə ilə kifayətlənilmədiyi, həm də hipersəs raket texnologiyaları, Pilotsuz Uçuş Aparatları (PUA), yeni nəsil aviadaşıyıcılar və müasir freqatlar kimi strateji əhəmiyyətli platformaların inkişafının davam etdiyi qeyd olunub.

Nazirlik bu layihələrin müdafiə sənayesinin milli və orijinal istehsal gücünü daha da irəli aparacağını bildirərək qeyd edib: “Hipersəs raketi, PUA, yeni nəsil aviadaşıyıcı və freqat kimi layihələrlə müdafiə qabiliyyətimizi artırırıq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHM   Raket  


Bizi "telegram"da izləyin