Ərdoğan: “HHM sahəsində “Polad Günbəz”i qururuq, F-35-dən imtina etməmişik”

2025/06/1750936913.jpg
Oxunub: 438     15:00     26 İyun 2025    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin hava hücumundan müdafiə strategiyası və müdafiə sənayesi vizyonuna dair diqqətçəkən dəyərləndirmələr verib.

Ordu.az xəbər verir ki, Ərdoğan yalnız S-400-lərlə məhdud bir müdafiə anlayışının kifayət etmədiyini vurğulayaraq, çoxtəbəqəli və inteqrasiya olunmuş sistemlərdən ibarət “Polad Günbəz”in qurulmasına fokuslandıqlarını bildirib.

“Fərqli yüksəkliklərdə raketlərimizin olması və bunların bədənin orqanları kimi uyumlu şəkildə işləməsi çox vacibdir”, - deyən Ərdoğan SİPER, HİSAR, KORKUT, SUNGUR kimi yerli və milli sistemlərin bu vizyonun əsas dayaqları olduğunu qeyd edib. “Pulumuzla müttəfiqlərimizdən silah ala bilmədiyimiz günlər oldu. Biz də dedik, özümüz edək, və etdik”, - ifadələrini işlədən Ərdoğan KAAN layihəsinə yönəlik tənqidlərə toxunaraq “Bu gün KAAN səmalardadır” deyə əlavə edib.

F-35-dən imtina etməmişik

F-35 döyüş təyyarəsi proqramı ilə bağlı da danışan Ərdoğan vurğulayıb: “Biz F-35-lərdən imtina etməmişik. Proqrama qayıtmaq niyyətimizi qarşı tərəflərlə müzakirə edirik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   HHM   Polad-Günbəz  


Bizi "telegram"da izləyin