Rusiya alyans ölkələrinə hücum etməyəcək - Tramp NATO müttəfiqlərinə and içdi

2025/01/1736484386.jpg
Oxunub: 395     11:12     26 İyun 2025    
ABŞ prezidenti Donald Tramp Avropadakı NATO müttəfiqlərinə and içib ki, o, Ağ Evə rəhbərlik etdiyi müddətdə Rusiya Şimali Atlantika Alyansına üzv ölkələrə hücum etməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, əsas sessiya zamanı Tramp müdafiə xərcləri ilə bağlı müsbət fikirlər səsləndirib və and içib ki, o prezident olduğu müddətdə Rusiya heç vaxt NATO-ya hücum etməyəcək.

Qeyd edilir ki, NATO-ya üzv digər ölkələrin liderləri Avropada müdafiə xərclərinin artırılması istiqamətində ABŞ liderinin səylərini yüksək qiymətləndiriblər və onun İrana qarşı zərbələrini dəstəkləyiblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   NATO   Rusiya  


Bizi "telegram"da izləyin