Ağ Ev: İranın zənginləşdirilmiş uranı dağıntılar altında qalıb

2025/06/1749806247.jpg
Oxunub: 423     23:28     25 İyun 2025    
Birləşmiş Ştatlar İranın Amerika qüvvələrinin zərbə endirməzdən əvvəl nüvə obyektlərindən uran çıxara bildiyini göstərən heç bir kəşfiyyat məlumatına malik deyil.

Ordu.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolayn Levitt deyib.

“Sizə deyə bilərəm ki, Birləşmiş Ştatların zənginləşdirilmiş uranın zərbədən əvvəl daşındığına dair heç bir əlaməti yoxdur. O, şənbə gecəsi həyata keçirilən zərbələrin uğuru sayəsində dağıntılar altında qalıb”, - deyə o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Uran  


Bizi "telegram"da izləyin