ABŞ GBU-57 MOP-u əvəz edəcək yeni bunker dəlici bomba üzərində işləyir

2025/06/1750837649.jpg
Oxunub: 608     17:01     25 İyun 2025    
İrandakı nüvə obyektlərinə qarşı “Operation Midnight Hammer” əməliyyatında istifadə edilən 30.000 funtluq GBU-57/B MOP bombasından sonra ABŞ Hərbi Hava Qüvvələri (HHQ) bu silahı əvəz etmək üçün yeni nəsil dərin bunker dəlici NGP üzərində işlərini sürətləndirib.

Ordu.az xəbər verir ki, bu barədə TWZ məlumat yayıb.

İranda “Fordo” və “Natanz” obyektlərinə edilən hücumlarda “B-2 Spirit” təyyarələrindən atılan cəmi 14 GBU-57/B bombasının təsiri Pentaqonun uzun müddətdir üzərində düşündüyü bu yeni silahın aktuallığını bir daha ortaya qoyub.

ABŞ HHQ MOP-un məhdud istehsal gücünü artırmaq üçün addımlar atır, eyni zamanda daha yüngül, daha dəqiq və daha dərin nüfuzetmə qabiliyyətinə malik yeni sursat hazırlamaq istəyir.

2024-cü ilin fevralında nəşr olunan ABŞ HHQ-nin tenderinə görə, NGP-nin döyüş başlığı 22.000 funtdan az olacaq, partlayış, parçalanma və nüfuz effektlərinin birləşməsini təmin edəcək.

NGP üçün nəzərdə tutulan digər element raketlə dəstəklənən uzun mənzil qabiliyyətidir. Mövcud MOP bombalarının zərbə qüvvəsi olmadığı üçün onları hədəfə çox yaxın məsafədən atmaq lazımdır. Bu vəziyyət yalnız sağ qalma qabiliyyəti yüksək olan təyyarələrlə əməliyyatların aparılmasını zəruri edir. NGP bu məhdudiyyəti aradan qaldırmağı hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   GBU-57-MOP   NGP  


Bizi "telegram"da izləyin