Ordu.az-ın məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian Qətər Əmiri Şeyx Təmin Bin Həməd Ali Tani ilə telefon söhbətində deyib.
Onun sözlərinə görə, ümid olunur ki, dost və qardaş Qətər ötən gün baş verən hadisənin sadəcə təcavüzə reaksiya olduğunu qəbul edəcək. Ötən gün baş verən hücum sırf İsrailin İrana hücumunda ABŞ-nin birbaşa iştirakına reaksiya idi. Heç bir vəchlə İranın dost, qardaş və qonşu Qətərlə qarşılaşmaq mənasında hesab oluna bilməz.
Pezeşkian deyib ki, İran dövləti və vətəndaşları Qətərin dostluq və qardaşlıq mövqeyini tam anlayır və əsasən çətin günlərdə Qətər dövləti və vətəndaşlarının həmrəyliyini təqdirəlayiq hesab edir.
O bildirib ki, İran problemləri həll etmək məqsədilə müzakirə apardığı halda hücumlara məruz qalıb. Müzakirə masasına qayıtmaq təklif olunsa da, təbii ki, hərbi təcavüzdən istifadə olunan vaxtda müzakirəyə qayıtmaq təcavüzkarın tələblərini qəbul etmək mənasını daşıyır. Buna əsasən təklifi qəbul etmədi və İran ilk öncə bu hücuma layiqli cavab verməyə çalışdı.
“İran Qətərlə konstruktiv, dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdirilməsi ardıncadır. Ümid olunur ki, yaranan ilk fürsətdə mənim Dohaya səfərim baş tutacaq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi yolları haqda danışıqlar aparılacaq”, - deyə o qeyd edib.
Telefon söhbətində Qətər Əmiri Şeyx Təmim Bin Həməd Ali Tani də ölkəsinin İranla dərin münasibətlərə sahib olduğunu deyib və bildirib ki, Qətər həm açıq, həm də gizli şəkildə İranın hücumlardan uzaq qalması üçün çoxlu səylər göstərib və bunu İrana olan marağı, dost, qardaş və qonşu ölkə qarşısında öz vəzifəsi olaraq həyata keçirib.
Ordu.az