Aİ və Kanadadan yeni təhlükəsizlik və müdafiə tərəfdaşlığı

2025/06/1750749170.jpg
Oxunub: 290     12:14     24 İyun 2025    
Avropa İttifaqı (Aİ) Kanadanın Aİ-nin Avropada birgə tədarük yolu ilə müdafiə sənayesi istehsalına sərmayə qoymaq istəyən üzv ölkələrini dəstəkləyəcək 150 milyard avroluq yeni maliyyə mexanizmi olan SAFE-yə çıxışı üçün razılaşma imzalanacağını açıqlayıb.

Brüsseldə keçirilən Aİ-Kanada Zirvəsində tərəflər təhlükəsizlik və müdafiə sahəsində yeni bir tərəfdaşlıq qərarı aldıqlarını bildiriblər.

Aİ Şurasının sədri Antonio Koşta, Aİ Komissiyasının sədri Ursula fon der Leyen və Kanada Baş naziri Mark Karni zirvədən sonra birgə mətbuat konfransı təşkil ediblər.

Koşta bildirib ki, bu zirvə simvolik dönüş nöqtəsindən daha artığını ifadə edir və güclü bir siyasi bəyanatdır.

Razılaşmanın transatlantik təhlükəsizliyi gücləndirmə, sənaye əməkdaşlığını inkişaf etdirmə və hər iki tərəfi yeni yaranan müdafiə ehtiyaclarına hazırlama roluna diqqət çəkən Koşta əlavə edib: “Strateji münasibətimizi misli görünməmiş bir yaxınlıq səviyyəsinə daşıyacağıq. Bu səbəbdən bu gün tariximizdə bir dönüş nöqtəsidir”.

Fon der Leyen də tərəfdaşlığı “böyük bir irəliləyiş” kimi qiymətləndirərək, Kanadanın tezliklə Aİ-nin birgə hərbi tədarük təşəbbüsü olan SAFE-yə qoşulmaq üçün danışıqlara başlayacağını elan edib.

Kanada Baş naziri Karni də “gələcək üçün Aİ-Kanada strateji tərəfdaşlığımız bizi daha da yaxınlaşdıran yeni və daha dərin bir münasibət quracaq” deyib.

Karni Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığının imzalanmasını alqışlayaraq, hər iki tərəfin müdafiə qabiliyyətlərini gücləndirməsini, birgə tədarük səylərini sürətləndirməsini və sənaye dayanıqlığını artırmasını təmin edəcəyini bildirib.

Aİ və Kanada arasındakı tərəfdaşlıq Kanada şirkətlərinə 150 milyard avroluq SAFE maliyyələşdirməsinə çıxış yolunu da açacaq.

Aİ eyni tipli razılaşmanı daha əvvəl Böyük Britaniya ilə də imzalamışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Kanada  


Bizi "telegram"da izləyin