“Kongsberg” Ukraynada HHM raketləri və İDP-lər hazırlayacaq

2025/06/1750697387.jpg
Oxunub: 394     14:09     24 İyun 2025    
“Kongsberg Defence & Aerospace” (“Kongsberg”) aşağı qiymətli və yüksək həcmli hava hücumundan müdafiə raketləri, eləcə də insansız dəniz platformaları (İDP) birgə hazırlamaq və istehsal etmək məqsədilə Ukraynanın müdafiə sənayesi tərəfdaşları ilə iki əməkdaşlıq sazişi imzalayıb.

Ordu.az xəbər verir ki, “Kongsberg Defence & Aerospace” prezidenti Eirik Lie Ukraynanın paytaxtına səfəri zamanı PUA təhlükələrinə qarşı nəzərdə tutulmuş hava hücumundan müdafiə raketlərinin hazırlanması ilə bağlı yerli tərəfdaşla anlaşma memorandumu imzalayıb. Yeni sistemlərin NASAMS hava hücumundan müdafiə sistemi ilə uyğun olması planlaşdırılır.

Lie bildirib: “Pilotsuz hava vasitələrindən irəli gələn artan təhlükəyə qarşı daha sərfəli hava hücumundan müdafiə raketlərinin böyük həcmdə istehsalına təcili ehtiyac var. Norveç rəsmilərinin və ukraynalı tərəfdaşımızın dəstəyi ilə seriyalı şəkildə istehsal edilə biləcək və NASAMS-a inteqrasiya oluna biləcək raket sistemi hazırlamağı hədəfləyirik”.

Ukrayna müdafiə naziri Rustem Umerovla birlikdə imza mərasimində iştirak edən Norveç müdafiə naziri Tore O. Sandvik deyib: “NASAMS sistemləri Ukraynada hər gün həyat xilas edir və kritik infrastrukturun mühafizəsində mühüm rol oynayır. Norveç hökuməti indi Ukraynada NASAMS ilə birgə işləyə biləcək daha sərfəli raketlərin hazırlanmasını maliyyələşdirir”.

Ayrı bir razılaşma çərçivəsində “Kongsberg” ukraynalı sənaye tərəfdaşı ilə birlikdə insansız dəniz platformalarının inkişaf etdirilməsi üzrə digər bir Anlaşma Memorandumu (MoU) imzalayıb.

Lie deyib: “İDP-lər Ukraynanın müdafiəsində, xüsusilə Qara dənizdə Rusiya donanmasına qarşı çıxışda kritik rol oynayır. Yerli tərəfdaşlarımızla birlikdə yeni nəsil versiyaları təqdim etməyə hazırıq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kongsberg   Ukrayna   İDP  


Bizi "telegram"da izləyin