Qubernator Trampı məhkəmə ilə hədələyir

2025/06/3b9e1-1749451325.jpg
Oxunub: 340     10:15     09 İyun 2025    
Kaliforniya qubernatoru Qevin Nyusom bəyan edib ki, ştatda iğtişaşlarla mübarizə məqsədilə Milli Qvardiyanın yerləşdirilməsi ilə əlaqədar bazar ertəsi ABŞ Prezidenti Donald Trampın administrasiyasına qarşı məhkəmə iddiası qaldırılacaq.

Ordu.az-ın məlumatına görə, o, bunu MSNBC-yə müsahibəsində bildirib.

"Donald Tramp bu axşam televizorda gördüyünüz şəraiti yaratdı. O, vəziyyəti daha da ağırlaşdırdı. Onun Milli Qvardiyaya rəhbərlik edəcəyini elan etməsi qanunsuz akt, konstitusiyaya və əxlaq qaydalarına zidd hərəkətdir", - o qeyd edib.

Nyusom dəqiqləşdirib ki, məhkəmədə Trampın ştatın razılığı olmadan Kaliforniya Milli Qvardiyasını federallaşdırmaq qərarına etiraz irəli sürüləcək..

Bazar günü axşam Los-Anceles polisi şəhərin bütün mərkəzinin "qanunsuz yığıncaq yeri elan edildiyini" açıqlayıb və ən azı 56 nəfərin həbs edildiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qubernator   Tramp  


Bizi "telegram"da izləyin