KİV: Fransanın "Renault" şirkəti Ukraynada dron istehsal edən zavod açacaq

2025/06/1749443033.jpg
Oxunub: 386     05:18     09 İyun 2025    
Fransanın avtomobil istehsalçısı "Renault" Ukraynada dron istehsal edən zavod açmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə "Franceinfo" nəşri şirkətdəki mənbələrə istinadən məlumat yayıb.

Fransız avtomobil istehsalçısının nümayəndələri jurnalistlərlə söhbətində Ukrayna hökumətinin onlarla əlaqə saxladığını təsdiqləyiblər.

Bununla belə, hazırda hələ heç bir rəsmi qərarın qəbul olunmadığı da qeyd olunub.

Nəşrin məlumatına görə, bu tərəfdaşlıq Ukrayna ilə Fransa arasında münasibətlərdə dönüş nöqtəsi hesab olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Renault   Ukrayna   PUA  


Bizi "telegram"da izləyin