"Bayraktar TB3" gəmidə 100 uçuşu tamamaladı

2025/06/1748938088.jpg
Oxunub: 449     15:21     03 İyun 2025    
Dünya aviasiya tarixində qısa uçuş-enmə zolağına malik gəmidən tam avtonom qalxma və enmə icra edən ilk zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) olan "Bayraktar TB3" "TCG Anadolu" gəmisində həyata keçirilən sınaqlarda 100 uçuşu uğurla tamamalayıb.

Ordu.az xəbər verir ki, son sınaqlarda görüntü əsaslı Süni Zəka (SZ) ilə dəstəklənən tam avtomatik qalxma və enmə sistemləri də sınaqdan keçirilib.

"Baykar" tərəfindən milli və yerli olaraq inkişaf etdirilən "Bayraktar TB3" zərbə PUA-sı "TCG Anadolu" gəmisindəki sınaq fəaliyyətlərində daha bir mühüm mərhələni geridə qoyub.

Mayın 28-dən iyunun 2-dək "TCG Anadolu"da həyata keçirilən son sınaqlarda "Bayraktar TB3"ün görüntü əsaslı SZ ilə dəstəklənən tam avtomatik qalxma və enmə qabiliyyəti də sınaqdan keçirilib.

Bu kontekstdə vizual xəttin izlənilməsi, aviadaşıyıcı gəminin aşkarlanması, uçuş-enmə zolağının aşkarlanması və yerdən görmə ilə eniş bucağının qiymətləndirilməsi kimi mühüm qabiliyyətlərin sınaqları uğurla həyata keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar-TB3   PUA  


Bizi "telegram"da izləyin