Çin daha səssiz sualtı qayıqlar üzərində işləyir

2025/06/1748937163.jpg
Oxunub: 424     13:49     03 İyun 2025    
Çinin hazırladığı sistemlə sualtı qayıqların akustik izinin azalacağı iddia edilir.

Ordu.az xəbər verir ki, Şanxayda yerləşən tədqiqat qrupu sualtı qayıqların aşkarlanması riskini əhəmiyyətli dərəcədə azalda bilən vibrasiya azaltma texnologiyası hazırlayıb.

Çinin "Noise and Vibration Control" jurnalında dərc edilən araşdırmaya görə, əks-sonar sistemlərin aşkarlama mənzili nəzəri olaraq yarıdan çox azaldıla bilər.

Yeni texnologiya adi mühərrik dayaqlarını həm aktiv, həm də passiv komponentləri özündə birləşdirən hibrid vibrasiya izolyasiya sistemi ilə əvəz edir.

Araşdırmaya görə, bu sistem sualtı gəmilərin gövdələri vasitəsilə ötürülən mühərrik səs-küyünü 26 dB-yə qədər azalda, sualtı qayıqların akustik izlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilir.

SCMP-nin məlumatına görə, bu texnologiyanın sualtı mühərrik səsini 32%, hətta bəzi hallarda 50% azalda biləcəyi iddia edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   SCMP  


Bizi "telegram"da izləyin