Ordu.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
"The Times"ın verdiyi məlumata görə, Britaniya hökuməti Soyuq müharibədən etibarən Britaniyanın çəkindirməsinə ən böyük dəstək vermək üçün həssas danışıqlar aparır.
Britaniyanın müdafiə naziri Con Hili və Silahlı Qüvvələrin rəhbəri admiral ser Toni Radakin, adi nüvə silahlarından daha az dağıdıcı gücə malik bombalar buraxa bilən ABŞ istehsalı döyüş təyyarələri almaq niyyətindədirlər.
Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, məqsəd Britaniyanın NATO-nun nüvə çəkindiriciliyinə töhfəsini genişləndirməkdir.
Britaniya, həmçinin yeni proqram çərçivəsində irimiqyaslı müdafiə investisiyaları həyata keçirəcək.
Britaniya hökuməti ordunun ehtiyatlarını gücləndirmək məqsədilə sursata 6 milyard funt-sterlinq ayıracaq və 1000 yeni iş yeri yaradacaq 6 fabrikin inşası üçün əlavə olaraq 1,5 milyard funt-sterlinq investisiya yatıracaq.
Kral Hərbi Dəniz Qüvvələrinin hazırkı esmines və freqatlarının sayı 14-dən 25-ə çatdırılacaq.
Sevinc Əliyeva
Ordu.az