Ərdoğan: "Məqsədim Putin, Zelenski və Trampı görüşdürməkdir"

2025/02/1740592928.jpg
Oxunub: 526     18:50     02 İyun 2025    
Bu gün İstanbulda Rusiya-Ukrayna nümayəndə heyətlərinin görüşü baş tutub. Möhtəşəm görüş idi.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra bildirib.

“Əsir mübadiləsinin sayı mini keçib. Əsirlərin dəyişdirilməsi ilə yanaşı, həm Rusiya, həm də Ukrayna arasında meyitlərin təhvil verilməsi ilə bağlı danışıqlar aparılıb. Bu rəqəmlər də çox böyükdür.

Biz bununla fəxr edirik. Türkiyə İstanbulla bir dönüş nöqtəsi olub. Putin və Zelenskini İstanbul və ya Ankarada görüşdürməkdir. Hətta Trampı da. Hər iki tərəf üçün ən böyük arzum bundan ibarətdir”, - Ərdoğan qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Putin   Zelenski   Tramp  


Bizi "telegram"da izləyin