Baş nazir: "Britaniya mümkün silahlı münaqişəyə hazır olmalıdır"

2025/03/1740908725.jpg
Oxunub: 546     16:14     02 İyun 2025    
Böyük Britaniya silahlı münaqişənin yaranmasının qarşısını almağa hazır olmalıdır.

Ordu.az "Sky news"a istinadən xəbər verir ki, bu barədə bu gün Britaniya Baş naziri Kir Starmer ölkənin Strateji müdafiə proqramını təqdim edərkən bildirib.

"Əminəm ki, münaqişəni dayandırmağın ən yaxşı yolu ona hazır olmaqdır. Rusiya tərəfindən davam edən təhlükə ilə bağlı sayıqlığı qoruyuram", - o bildirib.

Həmçinin Baş nazir La-Manş boğazında təhlükəsizliyi təmin edəcəyinə söz verib və qeyd edib ki, London bu məsələdə Fransa ilə əməkdaşlıq edir.

K.Starmer Britaniyanın müdafiə xərclərini ÜDM-in 3 %-nə qədər artırmaq planlarını qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Starmer   Britaniya  


Bizi "telegram"da izləyin