Ordu.az xəbər verir ki, səfər iki ölkə arasında dəniz sahəsində müdafiə əməkdaşlığının dərinləşdirilməsinə yönəlmiş strateji təmaslara səhnə olub.
Admiral Tatlıoğlu Varşavada Polşa HDQ-nin qərargahında təşkil edilən rəsmi mərasimdə kontr-admiral Ziemianski tərəfindən qarşılanıb.
Daha sonra Qdansk vilayətindəki PGZ Gəmiqayırma Zavodu, Qdansk Dəniz Bazası, ORP MEWA mina ovlama gəmisi, Polşa Hərbi Dəniz Akademiyası və Polşanın Sualtı Əməliyyat Komandanlığı kimi strateji obyektlərə baxış keçirilib.
Görüşlərdə iki ölkənin donanmaları arasında ortaq iş üçün açıq olan bir çox mövzu gündəmə gətirilib.
Sevinc Əliyeva
Ordu.az