“Bayraktar Akıncı” “Kuzgun-SS” atışı ilə hədəfi dəqiq vurub

2025/06/1748853297.jpg
Oxunub: 68     15:34     02 İyun 2025    
“Baykar” tərəfindən inkişaf etdirilən “Bayraktar Akıncı” zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) TÜBİTAK SAGE istehsalı olan “Kuzgun-SS” sursatı ilə həyata keçirdiyi sınaq atışında dənizdəki hədəfi yüksək dəqiqliklə vurub.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bu sınaq “Kuzgun” sursat ailəsinin əməliyyat imkanlarını və onun “Akıncı” platformasına inteqrasiyasının uğurunu nümayiş etdirib.

“Kuzgun” sursat ailəsi müxtəlif platformalardan istifadə oluna bilən və missiya profilinə görə fərdiləşdirilə bilən modul quruluşu ilə diqqət çəkir.

Sistem idarəetmə, döyüş başlığı və hərəkət növünə görə çevikdir. F-16, MMU, “Hürjet” kimi döyüş təyyarələrinə, PUA-lara, helikopterlərə və quru-dəniz platformalarına inteqrasiya oluna bilər.

Bildirilir ki, TÜBİTAK SAGE tərəfindən inkişaf etdirilən sursat Ətalətli Naviqasiya Sistemi (INS), Qlobal Yerləşdirmə Sistemi (GPS), lazer axtarış başlığı (LAB), görüntüləyici infraqırmızı (IIR) və məlumat bağlantısı kimi idarəetmə sistemləri ilə təchiz oluna bilər.

Bundan əlavə, sursat qəlpəli, termobarik, dəlici və ümumi məqsədli döyüş başlıqları ilə missiya yerinə yetirə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar-Akıncı   Kuzgun-SS  


Bizi "telegram"da izləyin