Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
İsrail istehsalı olan “Spike ER2” tank əleyhinə raketləri və 70 mm-lik lazerlə idarə olunan raketlər ilə təchiz edilən helikopter Cənubi Kipr ordusunun inventarında olan Rusiya istehsalı 11 ədəd “Mi-35” helikopterini əvəz edəcək.
“Mi-35” platformaları həm atəş gücü, həm də personal daşıma qabiliyyəti baxımından daha yüksək imkanlar təqdim etsə də, modernləşdirmənin olmaması və Cənubi Kiprin müdafiə tədarükündə Rusiyadan uzaqlaşaraq, Fransa, Almaniya və İsrail kimi Avro-Atlantik ölkələrə keçməsi bu keçiddə həlledici rol oynayıb.
Ümumilikdə 6 ədəd H145M üçün imzalanan müqavilə çərçivəsində daha 6 helikopter üçün seçim var.
147 milyon dollar dəyərində olan müqavilənin dəyəri 2026-cı ilə qədər hissə-hissə ödəniləcək.
Sevinc Əliyeva
Ordu.az