Ordu.az xəbər verir ki, Kanadanın aparıcı zirehli avtomobil istehsalçısı “Roshel” müasir döyüş meydanının inkişaf edən hava təhdidlərinə qarşı mübarizə aparmaq üçün nəzərdə tutulmuş yeni mobil antidron vasitəsini təqdim edib.
“Leonardo UK” ilə əməkdaşlıq çərçivəsində hazırlanan “Senator” antidron vasitəsi Ottavada keçirilən CANSEC 2025 müdafiə sərgisi zamanı təqdim edilib.
Yeni avtomobilin tamamilə Kanadada istehsal edildiyini ifadə edən “Roshel” platformanın şirkətin döyüş mühitində sınaqdan keçirilmiş “Senator MRAP”ın bazası əsasında hazırlandığını da vurğulayıb.
Platformada “Leonardo”nun daha əvvəl Kral Hərbi Hava Qüvvələri və Kanada Silahlı Qüvvələri tərəfindən istifadə edilmiş antidron sistemi (C-UAS) həlli olan “Falcon Shield” sistemi mövcuddur.
Sevinc Əliyeva
Ordu.az