M346 istifadəçi ölkələrinin sayı 9-a yüksəlib

2025/05/1748497715.jpg
Oxunub: 614     15:39     02 İyun 2025    
İtaliyanın “Leonardo” şirlətinin istehsal etdiyi M-346 təyyarəsindən istifadə edən ölkələrin sayı 9-a yüksəlir.

Ordu.az xəbər verir ki, “Leonardo”nun son satış müqaviləsi Avstriya ilə bağlanıb.

Avstriya reaktiv təyyarə təlimində istifadə olunacaq və həmçinin yaxın hava dəstəyi verə biləcək ümumilikdə 12 təyyarə alacaq və onları öz inventarına əlavə edəcək.

M-346FA tipli model Avstriya Hərbi Hava Qüvvələrinin inventarına daxil olacaq.

Satış müqaviləsi ötən ilin sonunda elan edilib. İtaliya və Avstriya arasında hökumətlərarası razılaşma əsasında həyata keçirilən satışa 12 dəqiq sifariş və satışa çevrilə bilən 12 opsion daxildir.

TUSAŞ-ın hazırladığı “Hürjet”in Avropadakı əhəmiyyətli rəqiblərindən olan M-346-nı sifariş edən ölkələr aşağıdakılardır:

Avstriya: 12 dəqiq, 12 opsion M-346FA.
Yunanıstan: 8-i xidmətdədir, 2-si təhvil veriləcək
İsrail: 30 ədəd xidmətdədir
İtaliya: 42 ədəd
Polşa: 16 ədəd təhvil verilib, 1-i qəzaya uğrayıb.
Qətər: 6
Sinqapur: 12
Türkmənistan: 2 ədəd təhvil verilib, 4 ədəd təhvil veriləvək. (Türkmənistan Hərbi Hava Qüvvələri 4 ədəd M-346 FA və 2 ədəd M-346DR/FT sifariş edib)
Nigeriya: 12 dəqiq sifariş, 12 ədəd opsion

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Leonardo   M-346  


Bizi "telegram"da izləyin