Ordu.az "Kun.az"a istinadən xəbər verir ki, bu barədə Milli Qvardiyanın Fərqanə vilayəti üzrə idarəsi məlumat yayıb.
İdarənin məlumatına əsasən, yerli vaxtla saat 20:30 radələrində (Bakı vaxtı ilə saat 19:30) dəmiryolu sisternindən xüsusi çənə maye ammonyakın ötürülməsi zamanı sızma baş verib.
“Hadisə yerinə dərhal müvafiq xidmət orqanları cəlb olunub, fəsadlar aradan qaldırılıb. Zavodun bütün əməkdaşları və vətəndaşlar hadisə yerindən təxliyə olunub. Təxminən 10 nəfər təcili tibbi yardıma müraciət edib”, - məlumatda bildirilib.
Qeyd olunub ki, bütün zərərçəkənlər özlərini yaxşı hiss etdiklərinə görə evə buraxılıb.
Ordu.az