Putinin köməkçisi: "Tarixdə müharibə və danışıqlar həmişə eyni vaxtda aparılır"

2025/05/1747413940.jpg
Oxunub: 509     20:29     16 May 2025    
“Tarixdə müharibə və danışıqlar həmişə eyni vaxtda aparılır.”

Ordu.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

Bu gün İstanbulda Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Medinski danışıqlarda 2022-ci ilin fevral ayının sonunda Qomeldəki razılaşmaları Ukraynaya xatırlatmağın vacib olduğunu söyləyib: "Tarixi bilməyən insanlar yalnız atəşkəs vaxtı danışıqlar haqqında danışır".

O qeyd edib ki, tarixdə müharibə və danışıqlar həmişə eyni vaxtda aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Medinski  


Bizi "telegram"da izləyin