İsrail ordusu Yəmən limanlarına zərbələr endirdiyini açıqlayıb - YENİLƏNİB

2024/09/66e6c-1726403009.jpg
Oxunub: 691     20:20     16 May 2025    
İsrail Hərbi Hava Qüvvələri Yəməndə “Ənsar Allah” hərəkatının istifadə etdiyi infrastrukturu məhv etmək məqsədilə iki limana zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbələr husilərin nəzarətində olan əl-Hodeyda əyalətinin Qırmızı dəniz sahilində yerləşən Hodeyda və əs-Salif limanlarına endirilib.

İsrail tərəfinin məlumatına görə, bu limanlar üsyançılar tərəfindən silahların daşınması üçün istifadə edilir.

***

İsrail Müdafiə Qüvvələri Yəmənin qərb sahillərində yerləşən Hodeyda, Ras İsa və Əs-Səlif şəhərlərinə hücum edib.

Ordu.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” mənbəyə istinadən məlumat yayıb.

“İsrailli bir rəsmi “The Jerusalem Post”a bildirib ki, husilərin İsrailə raket zərbələri endirməyə davam etməsindən sonra İsrail ordusu Yəmənin Hodeyda, Ras İsa və Əs-Səlif limanlarına zərbələr endirib”, - məlumatda deyilir.

Nəşr qeyd edir ki, bu zərbələrdən əvvəl İsrail ordusu yerli sakinləri təxliyə olmağa çağırmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Yəmən  


Bizi "telegram"da izləyin