“Rusiya-Ukrayna danışıqlarında, prosesin həssaslığını nəzərə alaraq, ədalətli və davamlı sülhə nail olmaq üçün tərəfləri heç bir təzyiq göstərmədən həvəsləndirmək çox vacibdir”.
Ordu.az-ın verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tiranada "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Ukraynada silahların susması və sülh üçüm zəminin yaradılması dönəmidir.
Ərdoğan Türkiyənin başda daimi atəşkəs olmaqla bütün həll yollarına dəstək verdiyini vurğulayıb.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Türkiyə
Rusiya
Ukrayna