Antonio Koşta: "Rusiyanın Ukraynada müharibəsi Avropada sülh nizamını pozub"

2025/02/1740566514.jpg
Oxunub: 469     15:53     16 May 2025    
Rusiya Ukraynada müharibəyə başlayaraq Avropada mövcud olan sülh nizamını pozub.

Ordu.az-ın məlumatına görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Tiranada “Avropa Siyasi Birliyi”nin sammitinin plenar iclasında çıxışı zamanı bəyan edib.

"İkinci Dünya Müharibəsindən sonra biz BMT Nizamnaməsinə, beynəlxalq hüquqa, ticarətin və əməkdaşlığın genişləndirilməsinə əsaslanan yeni dünya nizamı qurduq. Bu beynəlxalq nizam mükəmməl deyildi, lakin o, xüsusilə Avropada sülh və artan rifah üçün möhkəm təməl təmin edirdi. Bu gün bu nizam hərtərəfli pozulur", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koşta   Rusiya  


Bizi "telegram"da izləyin