“Thales” Braziliyada 9 hava hərəkətinə nəzarət radar sistemini modernləşdirəcək

2025/05/1747388687.jpg
Oxunub: 659     16:42     16 May 2025    
“Thales” 9 hava hərəkətinə nəzarət radar sisteminin modernləşdirilməsi üçün icra agentliyi CISCEA vasitəsilə Braziliya Hərbi Hava Qüvvələrinin Hava Məkanına Nəzarət Departamenti (DECEA) ilə yeni müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, müqavilə “Thales”in Braziliyadakı törəmə şirkəti və sertifikatlı strateji müdafiə şrkəti olan “Omnisys”ə verilib.

Modernləşdirmə həm aşağı, həm də yüksək sürətli təyyarələrin 3D aşkarlanması kimi qabaqcıl imkanlara malik İlkin və İkinci Müşahidə Radarlarını əhatə edir.

Sistemlər həmçinin “Mode S1” və ADS-B texnologiyalarını birləşdirəcək. Bu yolla təyyarələrin dəqiq izlənməsi mümkün olacaq.

Layihəyə, həmçinin San-Paulo əyalətinin “Presidente Prudente” hava limanında TRAC NG (əsas) və RSM NG (ikinci dərəcəli) radar stansiyalarının quraşdırılması daxildir. Bu, Braziliya hava məkanında yerləşdirilən 133-cü “Thales” radarı olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Thales   Braziliya  


Bizi "telegram"da izləyin