Ordu.az xəbər verir ki, Yunanıstan Silahlı Qüvvələri ABŞ istehsalı olan 2 yeni V-BAT tipli PUA alıb.
Sözügedən sistemlər “Athanasios Laskaridis” Fondunun ianəsi ilə təmin edilib. Sözügedən PUA-lar 2025-ci il mayın 14-də Afinada keçirilən xüsusi mərasimlə rəsmi olaraq Yunanıstan Quru Qoşunlarının inventarına daxil edilib.
Mərasimdə baş nazir Kiriakos Mitsotakis və müdafiə naziri Nikos Dendias, eləcə də yüksək rütbəli hərbi və mülki rəsmilər, “Laskaridis” ailəsi iştirak edib.
V-BAT PUA-ları şaquli qalxma və enmə (VTOL) qabiliyyətinə malikdir. PUA-lar uçuş-enmə zolağına ehtiyac olmadan bütün növ ərazilərdə fəaliyyət göstərə bilər.
Sevinc Əliyeva
Ordu.az