“Reuters”in üç fərqli mənbəyə əsaslanan xəbərinə görə, anlaşmazlığın mərkəzində ABŞ Donanmasının hazırda istifadə etdiyi “Boeing F/A-18 Super Hornet” parkını 2030-cu illərdə xidmətə girməsi planlaşdırılan yeni nəsil, aviadaşıyıcı gəmi üçün nəzərdə tutulan “stels” (radara görünməyən) döyüş təyyarəsi ilə əvəzləmək hədəfi dayanır. Bu məqsədlə başladılan F/A-XX proqramı yüz milyardlarla dollar həcmində potensial müqavilələrlə böyük əhəmiyyət daşıyır.
Donanma qalib şirkəti mart ayında elan etməyi planlaşdırsa da, baş verən maliyyə anlaşmazlıqları bu prosesi gecikdirə bilər. Pentaqondakı bəzi rəsmilər isə mühəndislik və istehsal imkanlarına dair narahatlıqlar səbəbindən proqramın üç il təxirə salınmasını təklif edirlər.
Mart ayında ABŞ Hərbi Hava Qüvvələri 5-ci nəsil F-22-ləri əvəz edəcək 6-cı nəsil F-47 döyüş təyyarələrinin istehsalı üçün “Boeing” şirkəti ilə müqavilə bağladı. 185-dən artıq təyyarənin alınması planlaşdırılır.
Donanmanın tenderində isə “Boeing” və “Northrop Grumman” sona qalmışkən, “Lockheed Martin”in yarışdan kənarlaşdırıldığı bildirilir. Donanma üçün üç illik gecikmə mövcud müqavilənin və qiymət zəmanətlərinin müddətinin bitməsinə səbəb olacaq. Bu isə yeni bir tenderin qaçılmaz olacağı və mövcud proqramın ləğvinə gətirib çıxara bilər. Pentaqon şərh verməkdən imtina edib, sözçü isə “qərar verilməzdən əvvəl daxili kommunikasiyalar barədə məlumat verə bilməyəcəklərini” bildirib.
Geosiyasi Risk: Çinin Müasir Döyüş Təyyarələri
F/A-XX-in gecikməsi aviadaşıyıcı gəmilərin gələcək effektivliyi və Çinlə rəqabətdə dəniz aviasiyasının rolu kimi kritik sualları gündəmə gətirir. 2030-cu ildən sonra aviadaşıyıcı gəmilərdən əməliyyat aparacaq müasir döyüş təyyarələrinin olmaması ABŞ Donanmasının çəkindirici gücünü zəiflədə bilər.
Çin isə artıq 6-cı nəsil kimi təqdim etdiyi J-50 və J-36 döyüş təyyarələrinin sınaq uçuşlarını həyata keçirib.
Bir ABŞ rəsmisi “Əgər Donanma yeni nəsil döyüş təyyarəsinə sərmayə qoymasa, ABŞ aviadaşıyıcıları 30 il içində işləkliyini itirə bilər” deyə xəbərdarlıq edib.
Pentaqonun Fond Kəsmə Planı
ABŞ-dəki iki sənaye rəhbəri və bir konqres köməkçisinə görə, müdafiə naziri Heqsetin xərclərin qiymətləndirilməsi ofisi Konqresin 2025-ci il büdcəsində F/A-XX üçün ayırdığı 454 milyon dolları digər layihələrə yönəltməyi planlaşdırır.
Bundan əlavə, Pentqonun əlavə 500 milyon dollarlıq fondu da kəsmək üçün Konqresə müraciət etməyə hazırlaşdığı bildirilir.
Bu iki böyük kəsinti və müqavilənin təxirə salınması, indiyədək ictimaiyyətə açıqlanmamışdı. Sənaye mənbələri bəzi Konqres üzvlərinin bu inkişaflara sərt reaksiya verdiyini və Müdafiə Nazirliyinə “Bunu etməyə cəsarət etməyin” mesajı göndərdiklərini bildiriblər.
İlon Maskdan Avtonom Təyyarə Qeydiyyatı
Tramp administrasiyası müdafiə alışlarını modernləşdirməyi hədəfləyir. Prezidentin məsləhətçisi İlon Mask pilotlu döyüş təyyarələrini “köhnəlmiş” adlandırsa da, bəzi ekspertlər düşmənlərin siqnal pozma qabiliyyətlərinin avtonom sistemlər üzərində üstünlük qazana biləcəyini, bu səbəbdən pilotlu döyüş təyyarələrinin hələ də zəruri olduğunu bildirirlər.
Sevinc Əliyeva
Ordu.az