"Volodimir Zelenski bu bazar yeni Papa ilə görüşə bilər" – Bild

2025/04/1744913247.jpg
Oxunub: 724     04:27     16 May 2025    
Bu bazar günü Ukrayna Prezidenti Volodimir Zelenskinin Vatikanda yeni seçilmiş Papa XIV Leo ilə görüşəcəyi gözlənilir.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb.

Nəşr bildirir ki, Papa XIV Leo son bəyanatlarında hazırda davam edən müharibələrin hər hansı birinə vasitəçilik etməyə hazır olduğunu vurğulayıb.

“Müqəddəs Taxt-Tac düşmənlərlə görüşməyə və onların gözünün içinə baxmağa hazırdır ki, xalqlar layiq olduqları ləyaqəti ala bilsinlər”, – deyə Papa qeyd edib.

Bild qeyd edir ki, bazar günü planlaşdırılan görüş barədə məlumat verilsə də, mənbənin kimliyi açıqlanmayıb. Görüşün Vatikandakı danışıqlar üçün yeni mərhələ açacağı istisna edilmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Papa  


Bizi "telegram"da izləyin