"ABŞ Tayvana dəstəyi artırmağa hazırdır" – Kris Pratt

2025/05/1747372265.jpg
Oxunub: 423     02:57     16 May 2025    
Birləşmiş Ştatlar Tayvanı dəstəkləməyə davam edəcək və müxtəlif sahələrdə yardımı artırmaq imkanına malikdir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin siyasi-hərbi məsələlər üzrə köməkçisi vəzifəsinə namizəd Kris Pratt mayın 15-də bildirib.

“Əgər təsdiq olunarsam, Tayvana necə daha çox kömək edə biləcəyimiz və dəstəyimizi artıra biləcəyimizlə bağlı hərtərəfli araşdırma aparacağam,” – deyə Pratt Senatın Xarici Əlaqələr Komitəsində keçirilən təsdiq dinləmələrində vurğulayıb. Onun çıxışının səs yazısı Senat orqanının saytında yerləşdirilib.

Pratt qeyd edib ki, Tayvan ABŞ-nin regionda ən mühüm tərəfdaşlarından biridir və eyni zamanda Çinin artan təhdidləri ilə üz-üzədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tayvan  


Bizi "telegram"da izləyin