Kreml: Putin-Tramp görüşü ilə bağlı məsələ hələ gündəmdə deyil

2025/03/1741871071.jpg
Oxunub: 434     15:36     15 May 2025    
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın görüşünə hələ hazırlıq aparılmır.

Ordu.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hələlik yaxın günlər üçün heç bir hazırlıq aparılmır. Məsələ hələ gündəmə gətirilməyib, ona görə də hələlik heç nə deyə bilmərik", - Peskov qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Tramp  


Bizi "telegram"da izləyin