Fransa XİN: Ukraynada atəşkəs olmadan sülh danışıqları mümkün deyil

2025/05/1747300051.jpg
Oxunub: 366     13:03     15 May 2025    
Fransa Ukraynanın sülh danışıqlarında iştirakını dəstəkləyir və Moskva danışıqlardan yayınmağa davam edərsə, Rusiyanın neft və maliyyə sektoruna qarşı kütləvi sanksiyalara hazırlaşır.

Ordu.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro Türkiyədə NATO ölkələrinin XİN başçılarının qeyri-rəsmi görüşündən əvvəl jurnalistlərə bildirib.

Nazir mayın 15-də İstanbulda Ukrayna və Rusiya arasında aparılacaq müzakirələrdə "üç tələ"yə düşməkdən, xüsusilə də atəşkəs olmadan danışıqlar aparmaqdan çəkindirib.

Barronun sözlərinə görə, birinci tələ "Ukraynaya bombalar yağarkən" danışıqlar aparmaq; ikinci tələ Ukraynanın demilitarizasiyasını “sırımağa” çalışmaq və Kiyevin müharibədən sonra tərəfdaşlarından etibarlı təhlükəsizlik zəmanətləri axtarmasına mane olmaq; üçüncü tələ isə Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsidir.

O vurğulayıb ki, bu "tələlər" 2022-ci ildə İstanbulda aparılmış danışıqların uğursuz olmasına səbəb olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ukrayna  


Bizi "telegram"da izləyin