Yeni Roma papası münaqişələrin həllində vasitəçi olmaq istəyir

2025/05/1747224721.jpg
Oxunub: 492     15:46     14 May 2025    
Yeni Roma Papası XIV Leo dünyada mövcud olan münaqişələrin nizamlanmasına vasitəçilik etməyə hazır olduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, pontifik dünyada sülhün bərqərar olması və “düşmənlərin üz-üzə görüşərək, söhbət etməsi üçün” əlində olan bütün imkanlardan istifadə etməyə hazırlıq ifadə edib.

“Gəlin görüşək, söhbət edək, danışıqlar aparaq”, - deyə pontifik dünya liderlərinə müraciət edib.

Roma papasının sözlərinə görə, müharibə problemləri həll etmir, əksinə onları daha da kəskinləşdirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Roma-papası   Münaqişə  


Bizi "telegram"da izləyin