Ordu.az xəbər verir ki, 2024-cü ildə birjaya çıxan şirkət bu ilin ilk üç ayında gəlirlərini 17 milyon 579 min dollara, əməliyyat mənfəətini isə 5 milyon 771 min dollara yüksəldib.
EBITDA (faiz, amortizasiya və vergidən əvvəl mənfəət) 7,2 milyon dollara çatıb.
“Altınay Savunma Teknolojileri” baş direktoru Z. Burak Mercan verdiyi qiymətləndirmədə ixrac yönümlü və davamlı böyümə strategiyalarının təsirini vurğulayıb.
“Yavaşlamadan 2025-ci ildə investisiyalarımıza başladıq. Maliyyə intizamını qoruyaraq, əməliyyat səmərəliliyimizi artırır və texnologiyalarımızla ölkəmizin milli və qlobal müdafiə sənayesindəki gücünə töhfə verməyə davam edirik”, - deyə Mercan qeyd edib.
2021-ci ildən etibarən böyüməsini davam etdirən “Altınay Savunma Teknolojileri” bu günə qədər ümumi dəyəri 236 milyon dollar olan 246 layihəni müvəffəqiyyətlə tamamlayıb və 90 aktiv layihə üzərində işləməyə davam edir.
Mercan istehsal texnologiyaları sahəsində investisiyaların da sürətləndiyini bildirib.
Sevinc Əliyeva
Ordu.az