UNIROBOTICS və “Nurol Makina” VENOM LR silah sistemini “Yörük NMS” 4×4 platformasına inteqrasiya ediblər

2025/05/17470-1747213664.jpg
Oxunub: 1074     16:19     14 May 2025    
“SYS Grup” markalarından olan UNIROBOTICS və “Nurol Makina ve Sanayi A.Ş.” diqqətçəkən bir əməkdaşlıq çərçivəsində 30 mm-lik lüləyə malik VENOM LR uzaqdan idarə olunan silah sistemini “Yörük NMS” 4×4 taktiki təkərli zirehli vasitə platformasına inteqrasiya ediblər.

Ordu.az xəbər verir ki, ilk dəfə “SAHA Expo 2023” sərgisində gündəmə gətirilən bu inteqrasiya ciddi sahə sınaqları ilə konkret mərhələyə gətirilib.

“Nurol Yörük” 4×4 öz seqmentində ən yaxşı qorunan, ən davamlı və sürətli avtomobillərdən biridir. Yığcam və yüngül çəkili VENOM LR silah stansiyası daşıyıcı vasitədə hər hansı dərin emal tələb etmir.

VENOM LR-nin qlobal miqyasda sübut edilmiş NMS 4×4-ə inteqrasiyası təkcə texniki birləşmə deyil, həm də bazarın rəqabət qabiliyyətinə, eləcə də sahənin effektivliyinə birbaşa töhfə verən strateji addımdır.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: UNIROBOTICS   Nurol-Makina   VENOM-LR  


Bizi "telegram"da izləyin