Tarixi foto: Türkiyə F-16-sı Hindistan “Jaguar” və “MiQ-29”ları ilə yan-yana...

2025/05/1747212835.jpg
Oxunub: 800     16:02     14 May 2025    
Pakistan və Hindistan arasında qızğın qarşıdurma yaşanarkən, Türkiyənin F-16-ları Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) “Jaguar” və “MiQ-29” təyyarələri ilə yan-yana gəlib.

Ordu.az xəbər verir ki, Türkiyə HHQ-nin də daxil olduğu “Desert Flag-10/2025” Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilib.

Aprelin 21-də başlayan təlimə Hindistan HHQ “MiQ-29” və “Jaguar” təyyarələrini gətirib. Mayın 8-dək davam edən təlimdə Türkiyə HHQ-ni 191-ci Eskadrilya təmsil edib.

Balıkəsirdən havaya qalxan 3 ədəd F-16C və iki nəfərlik F-16D 54 personal ilə BƏƏ-yə gedib. Təlimdə Türkiyə HHQ-nin tanker təyyarə eskadrilyası olan 101-ci Eskadrilya da iştirak edib. KC-135R təyyarəsi Türkiyənin F-16-larına yanacaq doldurub.

“Al Dhafra” aviabazasında keçirilən təlimdə ABŞ, Almaniya, Avstraliya, Bəhreyn, Fransa, Cənubi Koreya, Böyük Britaniya, Qətər və Səudiyyə Ərəbistanı iştirak edib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   F-16   Hindistan   Jaguar   MiQ-29  


Bizi "telegram"da izləyin