Ordu.az xəbər verir ki, bu, köhnəlmiş “Puma HC2” parkının əvəz edilməsində mühüm addım olub.
Bruney və Cənubi Kiprdə yerləşdiriləcək helikopter Oksforddakı “Airbus Helicopters UK” obyektinə təhvil verilib.
Bir ildən çox əvvəl “Defence Equipment & Support” (DE&S) tərəfindən sifariş edilən helikopterlər əməliyyat tələblərinə cavab vermək üçün Britaniyada dəyişdirilib.
Tədarükün dəyəri 122 milyon funt-sterlinq olaraq açıqlanıb.
Tam istismara verildikdən sonra, H145 helikopterləri bu ilin əvvəlində xidmətdən çıxarılmağa başlanan “Puma HC2”lərin funksiyalarını öz üzərinə götürəcək.
Sevinc Əliyeva
Ordu.az