Ordu.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.
Məlumata görə, Husi qüvvələrinin istifadə etdiyi müasir hava hücumundan müdafiə sistemləri ABŞ-nin F-35-ləri də daxil olmaqla, bir çox hərbi təyyarəni hədəfə alıb.
Əməliyyatın ilk 30 günündə 7 “MQ-9 Reaper” pilotsuz uçuş aparatı (hər biri təxminən 30 milyon dollar dəyərində) Husi yaraqlıları tərəfindən vurulub, bir neçə F-16 və bir F-35 döyüş təyyarəsi isə az qala vurulurdu.
Bu hadisə amerikalı pilotların əməliyyat zamanı üzləşdiyi ciddi riskləri önə çəkib.
Əməliyyat təkcə ilk ayda 1 milyard dollardan çox sursat və hərbi təchizat istehlakına səbəb olub.
Sevinc Əliyeva
Ordu.az