Fransa yeni MLRS sistemini təqdim edib

2025/05/1747210388.jpg
Oxunub: 437     13:47     14 May 2025    
Fransa ötən ilin iyun ayında Fransa ordusunun köhnəlmiş yaylım atəşli raket sistemi (MLRS) üçün potensial alternativ sistem təqdim edəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Fransa mətbuatında yer alan məlumata görə, “Foudre” və ya ildırım adlanan sistem Nöyi-sür-Sendə yerləşən “Turgis Gaillard” tərəfindən hazırlanıb.

Sistem 2027-ci ildə istismardan çıxması planlaşdırılan M270 MLRS-in modifikasiya edilmiş versiyası olan 9 “Lance-Roquettes Unitaires” sistemini əvəz edəcək.

Fransa nəşri “Challenges”in məlumatına görə, “Foudre” Cənubi Koreyanın “Chunmoo” kimi 8x8 MLRS sistemlərindən daha yüngül olan “Renault Trucks Kerax” 6x6 şassisinə quraşdırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   MLRS  


Bizi "telegram"da izləyin