Ordu.az xəbər verir ki, bu çərçivədə STM tərəfindən hazırlanan zirehdəlici döyüş başlığı ilə təchiz edilən “Kargu” zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) ilk ixrac müqaviləsini imzalayaraq, əhəmiyyətli bir uğura imza atıb.
Çatdırılmaların 2025-ci ildə başa çatdırılması gözlənilir. Bu günə qədər “Kargu” zərbə PUA-sı piyada əleyhinə döyüş başlığı ilə üç fərqli qitədə 10-dan çox ölkəyə ixrac edilib.
Yeni versiya olan “Kargu” zirehdəlici döyüş başlığı ilə xüsusilə zirehli hədəflərə, davamlı strukturlara və mobil quru elementlərinə qarşı yüksək zərbə gücü təqdim etmək üçün nəzərdə tutulub.
Sevinc Əliyeva
Ordu.az