“Rheinmetall” və ICEYE “Rheinmetall ICEYE Space Solutions” adlı birgə müəssisə qurub

2025/05/1746868219.jpg
Oxunub: 615     17:28     14 May 2025    
“Rheinmetall” və Finlandiyanın peyk istehsalçısı ICEYE imzalanan anlaşma memorandumunda “Rheinmetall ICEYE Space Solutions” adlı birgə müəssisə quraraq, peyk istehsalına diqqət yetirəcəklərini açıqlayıblar.

Ordu.az xəbər verir ki, Almaniyanın müdafiə nəhəngi “Rheinmetall”ın kosmos sahəsinə atdığı bu addım Almaniyada və bütün Avropada yenidən silahlanma prosesinin bir hissəsi hesab olunur.

Müqaviləyə əsasən, birgə müəssisənin 60 faizi “Rheinmetall”a, 40 faizi isə ICEYE-ə məxsus olacaq.

Birinci mərhələdə əsas diqqət “Synthetic Aperture Radar” (SAR) peyklərinin, daha sonra isə digər kosmik texnologiyaların istehsalına yönəldiləcək.

SAR texnologiyası peyklərə buludların arxasını görməyə və daha yüksək ayırdetmə təsvirləri əldə etməyə imkan verir. ICEYE bu sahədə öz təcrübəsi ilə seçilir. “Rheinmetall” şirkəti “qabaqcıl qlobal SAR peyk istehsalçısı” kimi təsvir edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rheinmetall   ICEYE  


Bizi "telegram"da izləyin