Yunanıstan köhnəlmiş C-130 parkını əvəz etmək üçün “C-390 Millenium”u nəzərdən keçirir

2025/04/1745831969.jpg
Oxunub: 625     15:18     01 May 2025    
Yunanıstan köhnəlmiş ABŞ istehsalı “C-130 Hercules” nəqliyyat təyyarəsini əvəz etmək üçün Braziliya istehsalı “Embraer C-390 Millennium” təyyarələrini almaqla, Hərbi Hava Qüvvələrini (HHQ) modernləşdirməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, Yunanıstan HHQ C-390-ı onilliyin sonuna qədər tamamlanacaq 12 illik müdafiə satınalma planında aparıcı namizədlərdən biri kimi müəyyən edib.

Müdafiə rəsmilərinin sözlərinə görə, birinci mərhələdə ən azı 3 ədəd C-390 təyyarəsinin alınması planlaşdırılır, gələcəkdə parkın genişləndirilməsi də variantlar arasındadır.

Bu addım Yunanıstanın regional təhlükəsizlik dinamikası fonunda hərbi potensialının artırılması üzrə daha geniş strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

İki mühərrikli reaktiv mühərrik dizaynı ilə seçilən “C-390 Millenium” 26 ton yük daşıma qabiliyyəti, 80 hərbi qulluqçu və ya 74 yaralı daşıma qabiliyyəti və zirehli avtomobil uyğunluğu kimi təsiredici xüsusiyyətlər təqdim edir.

15 ton yüklə 5500 kilometr məsafə qət edə bilən təyyarə 988 km/saat sürətə malikdir və performans baxımından bir çox sahədə C-130J modelini üstələyir. C-390 yük və personalın daşınması, tibbi evakuasiya, havada yanacaq doldurma və yanğınsöndürmə kimi müxtəlif missiyalarda istifadə edilə bilər.

C-390 ilə təkcə Yunanıstan deyil, NATO və Portuqaliya, Niderland və İsveç kimi Avropa ölkələri də maraqlanır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   C-130  


Bizi "telegram"da izləyin