Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Ordu sözçüsü Aviçay Adrainin verdiyi açıqlamaya görə, qabaqcıl təyyarə ölkənin cənubundakı “Nevatim” aviabazasına enib və İsrail Hərbi Hava Qüvvələrinin 140-cı eskadrilyasına inteqrasiya ediləcək.
“Müharibə başlayandan etibarən F-35-lər görünməmiş bir sürətlə işləyir”, - deyə sözçü qeyd edib.
İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, ölkə 2010-cu ilin oktyabrında ABŞ hökuməti ilə müqavilə imzalayarkən, xarici hərbi satış üçün F-35-i seçən ilk ölkə olub. İndiyə qədər ümumilikdə 75 ədəd F-35 döyüş təyyarəsi üçün müqavilə bağlanıb.
“Lockheed Martin” tərəfindən istehsal edilən F-35-lər beşinci nəsil döyüş təyyarələri arasında qabaqcıl stelslik və döyüş qabiliyyətləri ilə seçilir. İsrail Yaxın Şərqdə bu təyyarələrə sahib olan yeganə ölkədir.
Sevinc Əliyeva
Ordu.az