Roma Papasının dəfn mərasimi keçirilir

2025/04/1745654568.jpg
Oxunub: 418     11:52     26 Aprel 2025    
Vatikanda Roma Papası Fransiskin dəfn mərasimi keçirilir.

Ordu.az xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.

Mərasimə dövlət və hökumət başçıları, ruhanilər və dünyanın müxtəlif yerlərindən gəlmiş qonaqlar qatılıb.

Dəfn mərasimində təxminən 140 min insanın iştirak etdiyi bildirilir.

Qeyd edək ki, mərasim Vatikanın Müqəddəs Pyotr meydanında təşkil edilib və xüsusi təhlükəsizlik tədbirləri görülüb.

Xatırladaq ki, Papa Fransisk aprelin 21-də, 88 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat edib. O, 2013-cü ildən bəri Roma Papası vəzifəsini icra edirdi və katolik dünyasının ilk Latın Amerikalı papası kimi tarixə düşmüşdü.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Roma-Papası   Dəfn-mərasimi  


Bizi "telegram"da izləyin