Şimali Koreyada yeni nəsil ilk esmines suya buraxılıb

2025/04/1745647764.jpg
Oxunub: 671     09:54     26 Aprel 2025    
Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Demokratik Respublikası (KXDR) Hərbi Dəniz Qüvvələrinin yeni nəsil ilk esminesinin suya salınması mərasimində iştirak edib.

Ordu.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Nampho gəmiqayırma tərsanəsində keçirilən mərasim Koreya Xalq Ordusunun yaradılmasının ildönümündə baş tutub.

Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin katibi Ço Çxun Ryonun sözlərinə görə, gəmi ən güclü silahlarla təchiz edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   HDQ  


Bizi "telegram"da izləyin